Dietoloqlar arıqlamağın sadəcə yediklərimiz, içdiklərimiz və gündəlik hərəkətlərimizlə əlaqəli olmadığını xüsusi vurğulayır.
Sağlam və arıq bədənə sahib olmaq günümüzdə bir çox insanın hədəfləri arasında yer alır. Ancaq bir çox insan arıqlamaq üçün pəhriz saxlayıb, idman etməsinə rəğmən arıqlaya bilmir.
Hormonlar və qandakı bəzi vitamin və mineral səviyyəsi arıqlama mərhələsində çox mühümdür. Bu səviyyələrdəki enmə və yüksəlmələr fərqində olmasanız da, arıqlamanıza mane ola bilir.
Pəhriz və idman etmənizə rəğmən, arıqlaya bilməmə, ya da çox az kalori yandırmaq hallarında mütləq mütəxəssis yanına getmək lazımdır.
Arıqlamanızaa əngəl ola biləcək səbəblər:
Tiroid həyatımızı idarə edən əsas hormonların başında gəlir. Tiroid hormonunun yavaş çalışması və TSH dəyərinin yüksəlməsi ilə ortaya çıxan hipotiroid xəstəliyi arıqlamağa əngəl olan səbəblərdən biridir. İmmunitet sisteminin tiroid hormonlarına hücumu ilə ortaya çıxan oto-immun xəstəliyi də arıqlamanı çətinləşdirir, yavaşladır.
Stressli bədən arıqlaya bilmir
Bədənin stress hormonu - kortizol dəyərindən çox ifraz edilməyə başladığında həyəcan siqnalı çalan bədən pəhrizə rəğmən arıqlamanı dayandırır. Hər səhər qan səviyyəsinin ölçülməsi ilə təsbit edilən yüksək kortizol mütləq həkim tərəfindən nəzarətdə olmalıdır.
İnsulin hormonunun bədəndə ifraz edilməməyi nəticəsində ortaya çıxan ikinci dərəcəli şəkər xəstəliyində xəstələr ehtiyacı olan insulini kənardan inyeksiya yolu ilə qəbul edirlər. Burda ən çox diqqət edilməli olan cəhət qan şəkəri nizamını təmin etmək üçün insulin vurularkən xəstənin gündəlik olaraq alacağı karbohidrat hesablanmasıdır. Yaxşı hesablanmayan gündəlik karbohidrat qəbulu xəstəliyə artıq çəki olaraq geri dönür.
Prolaktin hormonu fərqli səbəblərdən dolayı yüksələ bilər. Əsasən süd verən analarda ifraz olunur. Əgər pəhrizə rəğmən hələ də arıqlaya bilmirsinizsə, həkimə gedib müayinələrdən keçməlisiniz.
Dəmir azlığı da maddələr mübadiləsinin sürətinə təsir edir
Dəmirin bədəndə toplanmış halı olan ferritin səviyyəsinin enməsi də arıqlamağı çətinləşdirən təsirlərin arasında yer alır.
Son araşdırmaların nəticələrinə görə, D vitamin çatışmazlığı kökəldir.
2017 ci ildən fəaliyyətə başlayan Sapfir idman sağlamlıq mərkəzi bütün ailənin bərabər idmana gələ biləcəyi bir məkandır. Xanımlar və bəylər üçün zallar ayrıdır , bundan başqa Pilates zalı vardır hansı ki, onurğasında problemi olan insanlar üçün ideal seçimdir. Bir məkanın daxilində 3 ayrı zalın olması sizlərə istədiyiniz gün, istədiyiniz saatda məşqə gəlməyinizə imkan yaradır. Gün və saatı siz təyin edirsiz.
Fikir Bildir