Estetik Prosedurlar

Kontur plastikası nədir? 

Kontur plastikası – yaşla bağlı dəyişikliklərin – burun-dodaq qırışlarının, göz ətrafında həlqələrin, mimik qatların, dəri dartılmalarının və s. aradan qaldırmaq üçün tətbiq olunan qeyri-cərrahi kosmetik prosedurdur.  Prosedur zamanı effektiv və təhlükəsiz olan preparatlardan – gialuron turşusundan hazırlanmış müxtəlif gellərdən istifadə olunur.Yaş ötdükcə üzün ayrı-ayrı nahiylərində həcm itkisi baş verir, bunun nəticəsində isə qırışlar əmələ gəlir. Kontur plastikasının başlıca məqsədi bu çatışmazlıqları aradan qaldırmaqdır. Yeniyetmə və gənclik yaşlarında insanın dərisi hamar, yumşaq və elastik olur. Bu, əsasən, üzdə dərialtı piy qatının bərabər paylanması sayəsində mümkün olur. İnsan yaşlandıqca piy toxumasını tədricən itirir - o, yanaqların alt nahiyəsi və çənəaltı hissəyə yığılaraq, yerini dəyişir. Bəzi hallarda yaşla əlaqədar dəyişikliklər həcmin total itirilməsinə gətirib çıxara bilər.


Botoks inyeksiyaları

Botulotoksin müalicəvi və kosmetoloji məqsədlərlə istifadə olunur. Kosmetologiyada mimiki qırışların hamarlanması məqsədi ilə, təbabətdə nevroliji xəstəliklərdə(uşaq beyin ifluci, əyriboyunluluq, insulrdan sonra) qolaltına, ovuc, pəncə,qasıq nahiyyəsinə artıq tərləməni müalicə məqsədi ilə istifadə olunur. 

Botoks inyeksiyalarınln məqsədi əzələləri boşaldaraq mimik qırışların qarşısını almaqdır. 


Üzün "dartılması" (Tredliftinq)

Mezosapların dəri toxumalarının altına daxil edilməsi tredliftinq adlanır. (ingliscə thread - sap deməkdir). Bu texnologiya tikişsiz estetik əməliyyatlara aiddir. Tredliftinq Cənubi Koreyada yaranmış və 2011-ci ildən etibarən bütün dünyada məhşurlaşmışdır.   Prosedurun əsas mexanizmi xüsusi nazik iynələr vasitəsi ilə dəri toxumalarının altına mezopsapların daxil edilməsi nəticəsində "karkas strukturunun" yaranmasından ibarətdir.  Qeyri-adi ərintidən hazırlanmış ən nazik xüsusi iynələr müxtəlif istiqamətlərə əyilmək qabiliyyətinə malikdir. Nəticədə üzün yaxud bədənin, elə bil ki  3D-modelləşməsinə bənzər konturları əmələ gəlir.  Buna görə də prosedurun digər adı - 3d-tredliftinq ya da 3d-mezosaplardır.

Tredliflinqin köməyi ilə üz, boyun və bədənin konturlarını mühüm dərəcədə korrektə etmək, mimik qırışlarını çox yaxşı hamarlamaq, dərini dartmaq mümkündür. Mezosapların poliqlikol turşusundan olan üstü dəri hüceyrələrində öz kollaqeninin və elastininin istehsalını stimullaşdırır.