Fitness

Fitnes nədir? — söz mənası olaraq "Sağlam və formada olmaq"dır. Bir çox məşqə söykənən bir idmandır. Digər bütün idmanlardan fərqli olaraq təməldə əzələlərin tək-tək alətli ya da alətsiz işlədilməsiylə möhkəmləşdirilməsi və gücləndirilməsi məqsəd qoyular. Əsasən bütün idmanların təməlidir. Fitnes bədəninizi yaxşı vəziyyətdə saxlamaq üçün əla bir yoldur.

Fitnesslə məşğul olmaq bizə nə verir?

Fitnesslə məşğul olmaq ilk növbədə, bizə sağlamlığımızı qorumaqda və formada qalmaqda yardımçı olur, daha sonra fitness düzgün bədən quruluşu formalaşdırır. Bunlardan başqa fitnesslə məşğul olan insanlar özlərini daha yaxşı hiss edir, çox yaşayır və effektiv işləmək gücü əldə edirlər. Fitnesslə məşğul olduqda orqanizm üçün çox önəmli sayılan maddələr mübadiləsi daha yaxşı baş verir ki, nəticədə immun sistemi güclənir. Qadınlarda qadın cinsiyyət orqanlarının işini yaxşılaşdırır. Hormonal balansı tənzimləyir.

Fitness məşq proqramı necə seçilir ? ilk öncə fitneslə məşqul olmaq səbəbiniz təyin olunur ondan sonra proqram seçilir.

Fitness ilə məşğul olan xanımlar 3 qrupa bölünür :

1.    Arıqlamaq istəyənlər 

2.    Çəki yığmaq istəyənlər 

3.    Bədən formasını şəkilləndirmək istəyənlər 

 

Arıqlamaq istəyənlər : ilk öncə qida normaya salınır, kalori defisiti yaradılır. Kardio məşqlərə üstünlük verilir : qaçış lenti , xizək , aerobika , zumba və s .

kardio məşq

Çəki yığmaq istəyənlər : qida zəngilləşdirilir, zülal tərkibli qidalara üstünlük verilir və məşqlər əsasən güc məşqləri olur. əzələnin böyüməsi hesabına çəki artılır.

güc məşqi

Bədən şəkilləndirmək istəyənlər :  dəri altı piy təbəqəsi normadadirsa, əzələ qruplarının üzərində işləyərək xanımlara məxsus formanı əldə etmək olur . Sağlam qidalanma tətbiq etmək mütləqdir.

fitness