Gözıllik salonları ilk dəfə Avstraliyada- Melburnda yaradılmışdır. Bu salon ilk fəaliyyətinə bir banka üz kremi ilə başlamışdır...
XIX əsrin sonlarında əslən Polşanın Krakov şəhərindən olan
Tibb Universitetinin tələbəsi olmuş Yelena
Rubinşteyn ölkəsini tərk edərək Avstraliyaya yollanır. Yola düşməzdən
əvvəl anası özünə hədiyyə edilmiş bir banka üz kremini də qızının çantasına
qoyur…
Yelena Melburna yola düşür. Melburna çatan kimi yerli
əhalinin günəşdən yanıb bozarmış və codlaşmış saçları və üzləri onun diqqətini
çəkir. Onun fikirinə anasının ona qoyduğu üz kremindən səmərəli istifadə etmək
ideyası gəlir.
Yelena Melburnun mərkəzindəki restoranda ofisiant işləməyə
başlayır. Restorana gələn müştərilərə, əsasən də, tanınmış, imkanlı qadınlara
yeməklərlə bərabər özü ilə gətirdiyi üz kremini də təklif etməyə başlayır və
onlara kremdən istifadə qaydalarını da başa salır.
Yelenanın “krem müştəriləri” o qədər çoxalır ki, o, Melburnun mərkəzində iri bir zalı icarəyə götürərək ayrıca bir gözəllik salonu açmaq qərarına gəlir. Belə olan halda, Yelena Polşadan Avstraliyaya böyük miqdarda krem sifariş edir. O, Melburnun mərkəzində “Yelena Rubinşteyn: Kosmetika salonu” adlı bir salon açır və fəaliyyətə başlayır. Müştərilərinin hədsiz dərəcədə çoxaldığını görən Yelena özünə gigiyena və massajdan başı çıxan iki işçı götürür və Sidney şəhərində özünün 2-ci salonunu açır.