Kosmetologiya
Qadınlar hər zaman gözəl
görünməyə çalışırlar. Zamanla yaranan qırışlar isə zərif cinsin nümayəndələrini
çox məyus edir. Bu qüsurlar onların yaşını büruzə verir. Belə hallarda
kosmetoloji prosedurlar: yanaq dolğusu, gözaltı işıq
dolğusu, üz dolğusu, mezoterapiya, plazmoliftinq köməyə
gəlir. Həkim-kosmetoloq dərinin quruluşunu,
orqanizmin xüsusiyyətlərini bildiyindən onun apardığı prosedurların nəticələri
daha mükəmməl olur. Üz və bədəndə əmələ gələn çapıqlar, sızanaq izləri isə pilinq
və mikronidling üsulu ilə effektiv
şəkildə yox edilir. Saç tökülməsində yerli plazmoterapiya,
mezoterapiya hər zaman effektlidir .
Kosmetoloq seçərkən onun əl işlərinə, xarici
görünüşünə və əlbəttə ki, işlədiyi məkanın sterilliyinə diqqət yetirmək
lazımdır.
Ən məşhur kosmetoloji
prosedurlar hansılardır?
Mezoterapiya
Mezoterapiya üçün preparatlar dəridəki problemlərə əsasən fərdi
şəkildə seçilir. Bu tip kosmetoloji prosedurlar dəri səthindən çəkilən vitamin,
amin və nuklein turşuları, antioksidantlar, minerallar və dərman
preparatlarının dərialtı qata, yəni dermaya nüfuz etməsinə imkan yaradır.
Dərinin yaş dəyişiklikləri, hiperpiqmentasiya, üzdə kiçik damarların
genişlənməsi, sellülit kimi patologiyalar mezoterapiyaya göstərişdir.
Biorevitalizasiya
İnyeksion kosmetologiyanın bir növüdür. Biorevitalizasiya dərini təravətləndirir,
hüceyrələrin kollagen və elastin sintezini stimullaşdırır. Sadalanan təsirlər
sayəsində dəri cavanlaşır.
Kontur
plastika
Bunun üçün dolğu və fillerlərdən istifadə edilir. Tərkibcə
və təsir müddətinə görə fillerlər çox müxtəlifdir. üzün itirilmiş həcminin və
konturlarının (yanaqlar, sallanmış göz qapaqları və s.) bərpası, çənə həcminin
və formasının dəyişdirilməsi, üzün qeyri-cərrahi liftinqi, dodaq konturlarının
və formasının dəyişdirilməsi və ya itirilmiş formanın geri qaytarılması,
çapıqların doldurulması üçündür.
Botoks
Botulotoksin (botoks) mimik qırışlarla mübarizədə 1-ci yerdə
dayanır. Onun təsir mexanizmi sinir ucundan eninə-zolaqlı əzələyə gedən
impulsun müvəqqəti blokadasına əsaslanır. Bu da özünü kliniki şəkildə əzələnin
boşalması və qırışın açılması ilə göstərir. Botoks əsasən göz kənarındakı qaz
ayağı, qaşlar arasındakı şaquli, alındakı üfüqi və boyun nahiyəsindəki
qırışlara qarşı tətbiq edilir.
Pilinq
Kimyəvi pilinq (səthi, orta, dərin) – dərinin üst qatının və ya epidermisin soyulması, yəni üzün təmizlənməsi üçün dəriyə müxtəlif kimyəvi vasitələrin çəkilməsidir. Bu tip kosmetoloji prosedurlar cavanlaşmaq, dəridəki qüsurları yox etmək, strukturu hamarlaşdırmaq məqsədilə tətbiq edilir.