Sapfir müştərilərinə lazer epilyasiyasinda son nəsil avadanlığı istifadə edir. Aleksandrit lazer Candela Pro-U (ABŞ) cihazdaki soyutma sistemi ilə müştərilərin lazer epilyasiya proseduru daha komfortlu olur. İlk seansdan nəticə gözlə görünür.
1. Prosedura
öncəsi nələr etmək lazımdır?
- Tüklər 24-48 saat əvvəlcədən qırxılmalıdır , yəni
- Tüklərin uzunluğu 1-2 mm olmalıdır. Buna riayət edilməlidir ki lazer işıgı
tükləri "hədəf" olaraq (melanin piqmenti ) görsün. Dəri səthində yerləşən
tük lazer işıgı üçün "antenna" rolunu oynayır, və lazer işıgını tükün
follikuluna doğru aparır,
2. Prosedura
sonrası nələr etmək olmaz?
- Ilk saatlarda nahiyəni su ilə yumamaq, ilk 7
gün günəş vannası qəbul etməmək, süngər istifadə etməmək, 2 həftə ərzində səviyyəsi
SPF 30 olan günəşdən müdafiyə krem istifadə edilməlidir . Tropik ölkələrdə yay
istirahətinə hazırlaşırsızsa bu proseduru 10-14 gün əvvəl və sonra həyata
keçirmək məsləhətdir.
3. Tüklərdən tam azad olmaq üçün neçə prosedur
lazmdır?
- 4-8 prosedur - Prosesin nəticəsi hər kəs üçün
individualdır.Pasiyentin hormonal fon , müalicə sahəsi, endokrin xəstəliklərin
varlığı , genetik faktorlar kimi amillərdən asılıdır.Hər prosedurdan sonra,
tükün sıxlığı azalır , tük nazik olur ,Seanslar arasında tükləri qirxmaq məsləhət
deyil . Seanslar arasındakı müddət 4-6 həftədir, tüklər dəri səthində görünməyə
başlayanda.
4. Kimlərə bu prosedur əks göstərişdir?
Hamiləlik
Dəri xərçəngi
Prosedur olan yerdə dermatoloji xəstəliklər
Dəridə iltihab prosesləri