Pilates son zamanlar, məşhur olan idman növlərindən biridir. Pilatesin məqsədi qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır. Pilatesə görə, bədən mərkəzi dərindəki əzələlərlə bel sümüyünə ən yaxın olan əzələlərindən meydana gəlir.
Klassik məşqlərdə zəif əzələlər zəifləməyə, güclü əzələlər güclənməyə meyl göstərir. Bu da balanssız əzələ quruluşuna, xroniki bel ağrısına və şikəstliyə səbəb ola bilər. Pilatesdə əzələ quruluşu bütöv vəziyyətə gətirilər. Çəkinizi itirməsəniz də, incə görünürsünüz. Aparılan araşdırmalara görə hər 10 adamdan 8-i həyatının bir dövründə skelet və əzələ sistemi problemləri ilə rastlaşır. Bədən tarazlığının düzgün olmayan vəziyyəti, duruş pozğunluqları yorğunluq və stressə səbəb olar. Bütün bunların qarşısını almağın ən təsirli yolu Pilatesdir.