Pilatesin prinsipləri

1. Konsentrasiya: Pilates edərkən hərəkətlərə fikir vermək, bədənin necə fəaliyyət göstərdiyini və hansı əzələlərin istifadə edildiyini, hansılarının istifadə edilmədiyini hiss etmək lazımdır.

2. Nəzarət: Pilates metodunda nəzarət çox əhəmiyyətlidir. Nəzarət üçün bədənin yaxşı istirahət etməsi və hərəkətlərin göstərildiyi şəkildə tətbiq olunması, baş verə biləcək xəsarətlərin qarşısının alınması lazımdır.

3. Mərkəzləşdirmək: Pilates metodunda mərkəz göbək, bel və omba ətrafıdır. İç orqanları və onurğanı qoruyan əzələ sistemini ehtiva edir və bədənin elastikliyini,uzanmasını təmin edər.

4. Axıcı hərəkət: Hərəkətlər tələsik edilməməli, hər nöqtədən tək-tək keçərək,amma eyni zamanda heç axsatmadan edilməlidir.

5. Qətilik: Hərəkətlər qeyri-müəyyən deyil, tam edilməlidir. Hərəkətlərin ardıcıllığı bir-birlərinin içərisində və bir-birləri arasında əlaqələndirilməlidir.

6.  Nəfəs: Nəfəs alıb vermə, dərin nəfəs alıb bütün nəfəsi tamamilə çölə üfürmək yolu ilə olmalıdır. Beləcə nəfəs tamamilə boşaldılır və qan təmizlənmiş olur.         

pilates