Qida Planı


sağlam qida

 Sağlam qidalanmanın  fitnessdə rolu nədir? Hər zaman qidalanmaya nəzarət etmək lazımdır. Fitnesslə məşğul olarkən isə istədiyin  çəkidə qalmaq istəyirsənsə, qidanı ciddi nəzarətdə  saxlamalısan. Dieta, pəhriz sözlərini unudun . bu sözlər sizi stres halında saxlayır və hər zaman qida haqqında düşünürsüz. Sağlam qidalanma vərdişləri yaratmaqla həm çəki verə bilərsiz həm də sağlam ola bilərsiz. 

Fitnesslə məşğul olarkən idman qidalarına ehtiyac varmı?

İlk başlarda bu qidalara ehtiyac olmur, lakin sonralar olur. Çünki müəyyən vaxtdan sonra əzələ tükənir. Ümumiyyətlə, məşq edəndə orqanizm ağır yüklərə məruz qalır. İdman qidalarının qəbulu orqanizmin qısa müddət ərzində bərpasını təmin edir. İdman qidaları həm də məşqin nəticələrini daha effektiv edir. Bu qidalar, həmçinin, əzələ kütləsində dərialtı piylərin yaranmasının qarşısını alır. Bu idman növünün hər zaman qidalara ehtiyacı var.